Tərtər polisi külli miqdarda narkotik aşkar etdi.

IMG-20260207-WA0016

Tərtər Rayon Polis Şöbəsinin əməkaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mehdiyev tutulub. Onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Mehdiyev barəsində həbs qəyimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.