Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xia.Az “Report”a istinadla xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 avtomobili ilə “Chevrolet” markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?