Putin buna görə BƏƏ prezidentinə təşəkkür etdi
Rusiya Prezidenti Vladimir Putin dünən gecə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
”Vladimir Putin general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin saxlanılmasında göstərdiyi köməyə görə BƏƏ prezidentinə təşəkkür edib”, – Peskov bildirib.
Qeyd edək ki, general Alekseyevə sui-qəsd cəhdində iştirak edən 3 nəfərdən birinin BƏƏ-də ələ keçirildiyi açıqlanmışdı.