Kriştianu Ronalduya evli qadını qucaqladığı üçün 99 şallaq vurulacaq? - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Kriştianu Ronaldunun onu təhdid edən cəza səbəbiylə İrandakı matça çıxmadığı iddia edilir.

Xia.Az “Daily Star”a istinadən xəbər verir ki, məşhur futbol ulduzu martın 3-də Asiya Çempionlar Liqasında İranın “İstiqlal” komandasına qarşı keçirdiyi oyunda iştirak etməyib.

İdmançının əlil fanatı (qolu amputasiya olunub) olan iranlı sənətçi Fatimə Həmami ilə əlaqə saxladığı üçün onu “zinaya görə 99 şallaq” cəzası gözlədiyi haqda xəbərlər yayılıb.

Ronaldu onu qucaqlayıb, öpüb ki, bu da İranda evli qadına qarşı sərt qaydaların pozulması deməkdir.

Lakin İran səfirliyinin nümayəndəsi idmançının cəzalandırılacağı ilə bağlı məlumatı təkzib edib.

Səudiyyə Ərəbistanından verilən məlumata görə, Ronaldu həmin görüşdə yorğunluq səbəbindən oyuna çıxmayıb.

Qeyd edək ki, Ronaldu fevralda Tehranda “Persepolis”lə keçirilən əvvəlki oyunu da buraxmışdı.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?