2025-ci ildə Ukraynada və Yaxın Şərqdəki münaqişələr bitəcək - Lukaşenkodan PROQNOZ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna və Yaxın Şərqdəki münaqişənin bu il bitəcəyini proqnoz edib.

Xia.Az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloqer Mario Naufala müsahibəsində bildirib.

“Ukrayna hamımızın yaşadığı dünyanı – ABŞ-ni, Çini, Rusiyanı məhv etmək üçün çox kiçikdir. O, çox kiçik partlayıcı qüvvədir. Ona görə də Ukrayna ilə olan məsələni bitirməliyik. Əgər amerikalılar istəsələr, Yaxın Şərqlə işi bitirmək daha asan olacaq və mənə elə gəlir ki, bu il bu problemləri həll edəcəyik”, – deyə A.Lukaşenko vurğulayıb.

A.Lukaşenko, həmçinin ABŞ Prezidenti Donald Trampın Administrasiyasının işi ilə bağlı nikbinliyini ifadə edərək, onun Ukrayna və Yaxın Şərqdəki münaqişəyə son qoymaq istədiyini vurğulayıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?