Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Cibgirliklə ələ keçirdiyi bank kartındakı pulları mağazada xərclədi, saxlanıldı

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarından birində oğurluq hadisəsi baş verib.

xia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsində olan vətəndaşlardan birinin içərisində qiymətli zinət əşyaları və bank kartı yerləşən pulqabısı naməlum şəraitdə oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik əməlini törətməkdə şübhəli bilinən şəxs aşkarlanıb.

Müəyyən edilib ki, həmin şəxs əvvəllər də məhkumluq həyatı yaşamış 58 yaşlı Pünhan Umudovdur və o, polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

O, oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını 730 manata satdığını, pulqabıdakı bank kartından isə müxtəlif marketlərdə istifadə edərək ümumilikdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Faktla əlaqədar olaraq araşdırmalar davam etdirilir.

Ordu

Yazı naviqasiyası

Previous Post: Qubada kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Next Post: Ağdaşda velosipeddən yıxılan kişi öldü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme