Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qubada kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

Quba rayonunda səkkiz nəfərin qidadan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Oxu.Az-a verilən məlumata görə, Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı qurumun əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırma aparılır.

Qurumun məlumatına görə, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər:

“Daha sonra müayinə məqsədilə Quba və Qusar Rayon Mərkəzi xəstəxanalarına müraciətlər olunub. Vəziyyətləri stabildir. Nümunələr götürülüb, hazırda araşdırmalar davam edir. Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir”.

Ordu

Yazı naviqasiyası

Previous Post: İki uşaq anasının ölümünə səbəb olan həkimlə bağlı son qərar
Next Post: Cibgirliklə ələ keçirdiyi bank kartındakı pulları mağazada xərclədi, saxlanıldı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme