Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Naxçıvanın yeni baş nazirinin DOSYESİ

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni baş naziri təyin olunub.

xia.az yeni baş nazirin dosyesini təqdim edir:

O, 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

Cabbar Musayev Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

O, 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-dən Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Cabbar Musayev dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 4 noyabr 2024-cü il tarixində ölkə başçısının sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Tanışını bıçaqlayan müharibə iştirakçısı: “Təsadüfən oldu, ona xəsarət yetirmək fikrim yox idi”
Next Post: Suraxanıda iki nəqliyyat vasitəsi toqquşdu – Xəsarət alan var
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme