Azərbaycan futbolu tarixində ilk: "Qarabağ"la "Sumqayıt" arasında top fərqi 100-ü keçdi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.

Xia.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu statistika “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.

İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib.

Qeyd edək ki, iki komanda arasında görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ” – “Şamaxı” qarşılaşmasına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114-46.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?