DİN-dən iki rayonda ƏMƏLİYYAT: İranlı ilə əlbir olan 29 yaşlı şəxs ƏLƏ KEÇDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən edilərək saxlanılıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam etdirilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?