Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılır

Posted on 09 Fevral 202609 Fevral 2026 By admin

İmtahanlarda qayda pozuntusu halları yəqin ki, həmişə olacaq. Bu vəziyyət virus–antivirus modelinə bənzəyir. Yeni virus yaranan kimi ona qarşı antivirus proqramı hazırlanır, virus yayılarsa, peyvənd tapılır. Amma biz bu istiqamətdə bir addım qabaqdayıq. Bu il də imtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq.

xia.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

DİM sədri hazırda həmin tədbirlər barədə məlumat verməyin məqsədəuyğun olmadığını deyib:

“Çünki təhlükəsizlik tədbirləri məhz ona görə tətbiq olunur ki, prosesdə iştirak edən şəxslər hansı mərhələdə yenidən yoxlanılacaqlarını bilməsinlər. İmtahanın bünövrəsini qoyanda əsas prinsip nəticələrin intellektual səviyyədə müdafiə olunmasıdır. Statistik təhlillər zamanı imtahanın təşkili prosesində, istərsə də köçürmə hallarının aşkarlanması ilə bağlı kimin harada və hansı səhvi etdiyini görürük. İmtahanlarda köçürmə etmək istəyən şəxs heç zaman imtahanda uğur qazana bilməyəcək”.

Təhsil

Yazı naviqasiyası

Previous Post: “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
Next Post: ABŞ Ticarət Palatası: “Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir”
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme