Həbsxanaya "patı"lı konfet keçirmək istədilər - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Xia.Az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.

Məhkum Mövsüm Vaqif oğlu Mövsümova tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman konfetlərin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 8.101 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?