Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Bu rayona yarım metr qar yağdı

Posted on 11 Fevral 202611 Fevral 2026 By admin

Fevralın 11-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, qar örtüyünün hündürlüyü Şahbuzda 50, Qaxda (Sarıbaş) 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10, Tərtərdə 9, Şamaxı, Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy, Xızı, Xaltanda 4, Naftalan, Qobustanda 3, Gəncə, Bərdə, İsmayıllı, Qəbələ, Qusar, Şəmkir, Sədərəkdə 2, Mingəçevirdə 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 23, Cəlilabad, Biləsuvarda 16, Astarada 15, Göyçayda 14, Neftçala, Zərdabda 13, Sabirabad, Şərurda 12, Oğuz, Ağsuda 9, Beyləqanda 8, Yevlax, Kürdəmirdə 5, Ağstafa, Şahdağ, Şabranda 3, Naxçıvanda 2, Şəki, Zaqatala, Ceyrançöl, Tovuz, Ordubad, Balakən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qrız, Qax (Sarıbaş), Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən, Şərurda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntının 11-i axşamdan tədricən kəsiləcəyi, 12-13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: 16 illik qətl işi üzə çıxdı: Azərbaycanlı məhkuma yeni cəza verildi
Next Post: Orta aylıq əmək haqqı 9,3% artdı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme