Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Azər Qasımlıya cəza istənildi

Posted on 11 Fevral 202611 Fevral 2026 By admin

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

xia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edib. O, Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkən prokurorun çıxışı ilə razılaşdığını bildirib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Növbəti proses fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən yeddi yaşlı uşağın son durumu
Next Post: Aeroport yolu bağlanır
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme