Rusiya qoşunları bir gündə Kursk vilayətində 5 yaşayış məntəqəsini nəzarət altına alıb.
Xia.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Hücum əməliyyatları zamanı “Şimal” qoşun qruplaşmalarının bölmələri Kazaçya Loknya, 1-ci Knyaji, 2-ci Knyaji, Zamostye və Mirnı yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər”, – deyə məlumatda bildirilib.