Pələng deputatı parçaladı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Rusiyanın Primorye vilayətinin şimalında pələng meşəbəyiyə hücum edib.

Xia.Az-ın xəbərinə görə, bu barədə Aif.ru nəşri məlumat verib.

Məlumata görə, 55 yaşlı Andrey adlı kişi qolu qopmuş vəziyyətdə, ölü olaraq tapılıb. Həmçinin onun kənd deputatı olduğu məlum olub.

Hadisə ilə bağlı məlumatı “Amur pələngi” mərkəzindən təsdiqləyiblər. Bildirilib ki, insident Krasnoarmeyski dairəsinin Qlubinnoye kəndindən təxminən 40 kilometr aralıda, tayqada baş verib.

Müəyyən edilib ki, ölən şəxs 1996-cı ildən “Primles” müəssisəsində işləyib. 2020-ci ildən Krasnoarmeyski rayonundakı İzmailixinski qəsəbəsinin bələdiyyə komitəsinin deputatı olub. Seçkiyə qədər o, “Primorskoye meşəçiliyi” regional dövlət müəssisəsinin Roşinski filialında bölgə meşəbəyinin köməkçisi vəzifəsində çalışıb. Seçki zamanı o, bölgə meşəbəyi vəzifəsində çalışıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və Meşə Təsərrüfatı Nazirliyinin, eləcə də Primorsk diyarının Ətraf Mühitin Mühafizəsi, Vəhşi Təbiət və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri işləyirlər.

Hüquq-mühafizə orqanları ərazidə təhlükəli vəhşi heyvanın olması barədə vətəndaşlara xəbərdarlıq ediblər. Hazırda məhkəmə-tibbi ekspertizası və araşdırma aparılır.

Sosial şəbəkələrdə hadisə yerindən videolar yayılıb. Yırtıcı heyvan Andreyin qolunu qopardıb, başını gəmirib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?