Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Mingəçevirdə dəhşətli hadisə: Sürücüsü sükan arxasında ölən mikroavtobus idarəetmədən çıxdı

Posted on 13 Fevral 202613 Fevral 2026 By admin

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

xia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Şəki sakini xəstəxanada öldü
Next Post: İşarə verildi, bu şəxslər də həbs ediləcək
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme