Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı

Posted on 17 Fevral 202617 Fevral 2026 By admin

Avtobus dayanacağında çantasını unudan şəxsin qızılları oğurlanıb.

xia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu Moskva prospektində yerləşən avtobus dayanacağında naməlum şəxs sərnişinlərdən birinin 1200 manat dəyərində qızıl-zinət əşyasını oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 22 yaşlı H.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, zərərçəkən avtobusa minən zaman çantasını dayanacaqda unudub. Saxlanılan şəxs isə orada qalan çantanı talayaraq hadisə yerindən uzaqlaşıb.

Yeni Ramana qəsəbəsində isə evlərin birindən 2 ədəd televizor, samovar və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və həmyaşıdı İ.Cənnətov da müəyyən olunaraq saxlanılıblar.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Sevgililər Günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb
Next Post: Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası…
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme