Bakıda Yaponiya imperatoru Akihitonun doğum günü münasibətilə qəbul təşkil edilib – FOTO

IMG_8683

Bakıda Yaponiyanın Azərbaycandakı səfirliyi Yaponiya imperatoru Akihitonun doğum günü münasibətilə qəbul təşkil edib.

xia.az xəbər verir ki, qəbulda deputatlar, nazirlər, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe bildirib ki, ölkə konstitusiyasına görə, Yaponiya imperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü ölkənin milli bayramı kimi qeyd olunur. 

Səfir 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bu günədək Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrini əhatə edərək davamlı şəkildə genişləndiyini deyib. O bildirib ki, xalqlar arasında canlı təmaslar və dövlətlərarası fəal əməkdaşlıq dərin bağların möhkəmlənməsində mühüm rol oynayıb.

O bildirib ki, Osaka şəhərində keçirilən beynəlxalq sərgidə Azərbaycan öz milli pavilyonu ilə təmsil olunub və pavilyon 2 milyona yaxın ziyarətçi qəbul edib. 

“Bu fakt dostluğumuzun gücünün və canlılığının göstəricisidir”, – o deyib. 

Diplomat 2025-ci ilin Azərbaycan və Cənubi Qafqaz üçün tarixi il olduğu vurğulayıb. O, avqustun 8-də Vaşinqtonda sülhə nail olmağa istiqamətlənmiş birgə bəyannamənin imzalandığını da xatırladılıb. 

Səfir Yaponiyanın bu addımı alqışladığını qeyd edərək deyib ki, bu mühüm irəliləyişə baxmayaraq, davamlı sülh hələ də təmin olunmalıdır.

Bundan əlavə, o, Azərbaycanın bağlantı və İKT, infrastruktur təhlükəsizliyi, regional sabitlik və inkişaf sahələrində sektoral rolunun əhəmiyyətini vurğulayıb. 

“Ümid edirik ki, Yaponiya və Azərbaycan yeni iqlim reallıqlarına və sənaye transformasiyasına uyğunlaşmaq üçün əl-ələ verərək əməkdaşlığımızı daha da genişləndirəcək”, – səfir deyib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov isə çıxışı zamanı Azərbaycanın Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb: “Ötən illər ərzində Azərbaycanla Yaponiya arasında dostluq əlaqələri dinamik inkişaf yolu keçib, iqtisadiyyat, enerji, investisiya, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız güclənib. Azərbaycanla Yaponiya arasında siyasi-iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası münasibətlər də yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrdə dinamika artmaqdadır”. 

Nazir müavini yapon şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə də maraq göstərdiklərini bildirib. 

“Hazırda ölkəmizdə Yaponiyanı təmsil edən 48 şirkət, sənaye, tikinti, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərməkdədir. Biz həmçinin əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olan enerji sektorunda işbirliyimizi yüksək qiymətləndiririk. Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd”, eləcə də “Yaşıl enerji zonaları” konsepsiyalarının həyata keçirilməsi yönündə Yaponiya şirkətləri ilə əməkdaşlığımız mövcuddur”, – o vurğulayıb. 

Tədbir bədii hissə ilə davam edib.Foto

Bakıda Yaponiya imperatoru Akihitonun doğum günü münasibətilə qəbul təşkil edilib - FOTO