Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form
  • Qardaşı oğlunu çəkiclə öldürən şəxsə hökm oxundu Kriminal
  • Bakı Metropoliteni məşhur şirkətlərdən yeni nəsil qatarlar alacaq Cəmiyyət
  • Azərbaycanda bu idarələr də ləğv olundu Cəmiyyət
  • Paytaxtda müəllim adı ilə dələduzluq edən şəxsin məhkəməsi keçirilib Kriminal
  • Yevlaxda kafe yanıb Hadisə
  • Sosial platformalar cinayət alətinə çevrilir? – DİN rəsmisindən diqqətçəkən açıqlama Cəmiyyət
  • Kürdəmirdə sürücü idarəetməni itirdi: Xəsarət alanlar var Hadisə
  • Elm və təhsil naziri Türkiyənin bir neçə ali təhsil müəssisəsinin rəhbəri ilə görüşüb Təhsil

Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib

Posted on 23 Dekabr 202523 Dekabr 2025 By admin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib.

Xia.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevralında isə kompleksdə görülən tikinti işləri ilə tanış olublar.

İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Bütün bu işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun icra olunur. Bu hotellər memarlığına görə ərazinin təbii landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və ən müasir xidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır. Hotellərin tikintisi, həmçinin bu bölgələrdə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına təkan verir. Bütün bu işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm potensialında mühüm yer tutmasına da zəmin yaradacaq.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Elmar Baxşıyev istefaya göndərildi
Next Post: Aktaudakı qəzadan sağ çıxan Səlihət: “Bir də heç vaxt təyyarəyə minməyəcəyəm”

Related Posts

  • İstərdim ki, azərbaycanlılar… – Serbiya prezidenti Siyasət
  • Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb Siyasət
  • Saleh Məmmədov vəzifəsindən azad edildi – Sərəncam Siyasət
  • İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib Siyasət
  • Leyla Əliyeva Zəhra Pezeşkianla görüşdü (FOTO) Siyasət
  • Vuçiç bu il Azərbaycana gələcək Siyasət
Redaktor: Alim İbrahimov
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.
Saytdakı materiallardan istifadə edərkən aktiv linklə istinad olunması mütləqdir.

  • Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlərin SÖKÜLƏCƏK Cəmiyyət
  • Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb Kriminal
  • “Qardaşım qucağında körpəsi ilə şəhid oldu” – 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi Cəmiyyət
  • İsmayıllıda zəlzələ oldu Hadisə
  • Prezident: “Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub” Siyasət
  • Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi Cəmiyyət
  • İlham Əliyev: “Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq” Siyasət
  • Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb Kriminal

Powered by PressBook News WordPress theme