Şəhriyar Məmmədyarov: “Zaman keçdikcə yüksək nəticə əldə etməyim daha da çətinləşir”
“Zaman keçdikcə oyunlarda yüksək nəticə əldə etməyim çətinləşir”.
xia.az “Report”a istinadla xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatında ikinci olmuş Şəhriyar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
Şahmatçı qeyd edib ki, artıq ikinci ildir finalda uduzur:
“Sözsüz ki, hər yarışda birinci olmaq istəyirik. İllərdir, belə davam edir. Artıq ikinci ildir finalda uduzuram. Çətindir, buna görə də professional şahmatçı üçün finala çıxmağın özü də bir uğurdur. Azərbaycan çemiponatını yüksək dəyərləndirirəm. Ötən il dörddəbir final mərhələsində qalib gəldiyim Məhəmməd Muradlı bu il çempion oldu. Şahmat inkişaf edir, gənclərimiz daha yaxşı oynayırlar. Zaman onların xeyrinə, mənim kimi şahmatçıların əleyhinə işləyir, yüksək nəticə əldə etməyimiz daha da çətinləşir. Oyun keyfiyyətimdən razıyam, nəticədən isə yox”.