Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ermənistanmənşəli tətbiqlərdən istifadə edənlərə XƏBƏRDARLIQ

Posted on 23 Fevral 202623 Fevral 2026 By admin

“Ölkədə bir neçə ermənistanmənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur”.

xia.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri informasiya təhlükəsizliyi üzrə ekspert Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, istifadəçilər çox vaxt özləri də bilmirlər ki, həmin tətbiqlər ermənilərə məxsusdur.

Bu proqram təminatları vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır. Ekspert əlavə edib ki, vətəndaşlar daha çox alternativ platformalardan istifadə etsələr, bu, təhlükəsizlik üçün daha faydalı olar.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Bəhruz Məhərrəmov isə qeyd edir ki, artıq Azərbaycan və Ermənistan arasında real sülhə doğru addımlar atılır. Belə bir mərhələdə müxtəlif məhsulların, o cümlədən proqram təminatlarının qarşılıqlı mübadiləsi mümkün olsa da, bütün bu proseslər real şərait nəzərə alınmaqla həyata keçirilməlidir.

Bəhruz Məhərrəmov əlavə edib ki, ermənistanmənşəli proqramlara xüsusi diqqət yetirilməlidir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Ağ Evdən Kanadanın ünvanına kinayəli paylaşım
Next Post: Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? 
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme