Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində iki mağazanın qarşısından oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2 500 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Novruzov və 43 yaşlı A.Mustafayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?