Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada mühüm görüşlər keçirdi

Posted on 26 Fevral 202626 Fevral 2026 By admin

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib.

xia.az AZƏRTAC-a istinadən xəbər verir ki, X.Xələfov səfər çərçivəsində Almaniya parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Terrorçuluq fəaliyyətində təqsirləndirilən Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
Next Post: “Qardaşım qucağında körpəsi ilə şəhid oldu” – 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme