Hərbi vəzifəlilərin təlim toplanışı KEÇİRİLİR: Tapşırıqlar İCRA EDİLƏCƏK - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Hərbi vəzifəlilərin təlim toplanışı KEÇİRİLİR: Tapşırıqlar İCRA EDİLƏCƏK

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilir.

Xia.Az xəbər verir kİ, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ehtiyatdan çağırılanlar müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

Azərbaycan Müdafiə Nazirliyi

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?