download

Qusar rayonunun Xuray kəndində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ümumi sahəsi 12 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan “Changan” markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.