Vilayət Eyvazov türkiyəli və iraqlı həmkarları ilə telefon danışığı aparıb

IMG_9191

Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı Mustafa Çiftçi və İraq Respublikasının daxili işlər naziri, ordu generalı Abdul Amir Əş-Şammari ilə telefon danışığı aparıb.

xia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aparılan telefon danışığı zamanı nazirliklər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.