Cəlilabadda selin uçurduğu körpü bərpa edilib

IMG_9218

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən və sel suları nəticəsində qəzalı vəziyyətə düşmüş müvəqqəti körpü bərpa olunub.

xia.az “Report”a istinadən xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən aparılan təmir-bərpa işləri nəticəsində nəqliyyatın hərəkəti yenidən təmin edilib.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat əlaqəsi idi. Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilmişdi.

Aparılan operativ tədbirlər nəticəsində keçid qısa müddətdə bərpa edilib və hazırda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yoxdur.

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən müvəqqəti körpü leysan yağışlarından sonra yenidən qəzalı vəziyyətə düşüb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə kənd sakinləri şikayət ediblər.

Sakinlərin sözlərinə görə, ötən il yağan güclü yağışlar nəticəsində körpü ciddi zədələnmiş, sonradan isə müvəqqəti şəkildə bərpa olunmuşdu. Bu ilin yanvar ayında yağan intensiv yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Daha sonra aparılan müvəqqəti təmir işləri nəticəsində keçid bərpa edilsə də, son leysan yağışları körpünü yenidən yuyaraq sıradan çıxarıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə müvəqqəti təmir işlərinə başlanılıb.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat bağlantısıdır. Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilib.