İranda universitetlərin bağlandığı elan edilib
İranın Elm Nazirliyi ABŞ və İsrailin hücumları səbəbindən bütün universitetlərin bağlandığını elan edib.
xia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda yataqxanada yaşayan tələbələr də öz şəhərlərinə qayıdırlar.
Universitetlərdə tədrisin nə zaman bərpa olunacağı isə açıqlanmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran cavab tədbirləri olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alır.