İsrail ordusu Tehranın mərkəzi hissəsinə yeni zərbələr endirməyə başlayıb
İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzi hissəsinə yeni zərbələr endirməyə başlayıb.
xia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri az əvvəl Tehranın tam mərkəzində yeni zərbə dalğasına başlayıb”, – deyə açıqlamada bildirilir.
İsrail Hərbi Hava Qüvvələri Müdafiə Ordusunun (SAXAL) dəstəyi ilə Tehranın mərkəzindəki İran rəhbərliyinə məxsus obyektlərə bir sıra zərbələr endirib.
xia.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.