Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Tanınmış iş adamı ağır qəzaya düşdü – TƏFƏRRÜAT

Beyləqan rayonu ərazisində iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xia.Az Axar.az-a istinadən xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, Beyləqan rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Opel” və VAZ-2107 markalı minik maşınları toqquşub, idarəetmədən çıxan VAZ-2107 “Mercedes Atego” markalı yük maşınına çırpılıb. Xəsarət alan iki nəfər – Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır.

O, Türkiyədə tanınmış “Eu-Turan” Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O, azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?