Məmur maşınla piyadanı vurub öldürdü - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Məmur maşınla piyadanı vurub öldürdü

Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

Xia.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib.

1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77-YD-054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Belə ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Onu da qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?