Bakıda BYD piyadanı vurarak öldürüp

velosiped-qeza-1200.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

xia.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, hadisə martın 2-də saat 01:50-də paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Elnur Elşən oğlu Ağayev BYD markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Natiq Vəli oğlu Vahabovu vurub. Hadisə nəticəsində N.Vahabov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.