Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Nazir İradə Xəlilovaya VƏZİFƏ VERDİ – FOTO

Posted on 03 Mart 202603 Mart 2026 By admin

Elm və təhsil nazirinin müvafiq əmri ilə İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin olunub.

xia.az xəbər verir ki, martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova institutun yeni direktor müavini İradə Xəlilovanı müəssisənin kollektivinə təqdim edib.

Görüş çərçivəsində institutun mövcud fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektivin sualları cavablandırılıb.

Nazir İradə Xəlilovaya VƏZİFƏ VERDİ - FOTO

Qeyd edək ki, İradə Xəlilova əvvəllər Xəzər Universitetinin rektoru vəzifəsində çalışıb. O, 2025-ci il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Next Post: Tramp: “ABŞ-nin silah ehtiyatı sonsuzdur və əbədi müharibə apara bilər”
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme