Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ombudsman özünə bu səlahiyyətlərin verilməsini istəyir

Posted on 03 Mart 202603 Mart 2026 By admin

Ombudsman özünə daha iki səlahiyyət verilməsini istəyir.

xia.az APA-ya istinadən xəbər verir ki, bu, ombudsman Səbinə Əliyevanın bu gün parlamentə təqdim etdiyi Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə əksini tapıb.

Ombudsman ona aşağıdakı səlahiyyətlərin verilməsini vacib sayır:

– Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi haqqında məsələyə o cümlədən Ombudsmanın təqdimatı əsasında baxılması ilə bağlı həmin Məcəllənin 511.2-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi;

– cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı məsələyə, habelə Ombudsmanın vəsatəti əsasında baxılmasına dair Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə zəruri dəyişikliyin edilməsi.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Tramp: “ABŞ-nin silah ehtiyatı sonsuzdur və əbədi müharibə apara bilər”
Next Post: Şamaxıda baş verən zəlzələ nəticəsində evlərə ziyan dəyib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme