Azərbaycan Kubokunda ilk yarımfinalçının adı bəlli oldu
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
xia.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında “Zirə” öz meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.
“Gənclik şəhəri” təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-cü dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Xatırladaq ki, tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilir.
xia.az xəbər verir ki, ilk oyun günündə “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək.
Xatırladaq ki, bu cütlük arasında keçirilən ilk oyun 0:0 hesabı ilə nəticələnib.
Azərbaycan kuboku
1/4 final
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, bu gün mərhələ adlayacaq komanda yarımfinalda “Turan Tovuz” – “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.