Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU – FOTO
Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
xia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, H.Aslanov küçəsində qeydə alınıb.
Hadisə BYD markalı, 77-PY-786 dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı 10-LX-076 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində baş verib.

Şahidlərin sözlərinə görə, toqquşmaya səbəb avtomobillərin bir-birinə yol verməməsi olub.
Xəsarət alan olmayıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.


