Keçmiş məcburi köçkün: “32 yaşında tərk etdiyim Ağdama 66 yaşında yenidən qayıdıram”
“Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Allah dövlətimizi qorusun. Bu gün onların sayəsində doğma torpağımıza qayıdırıq”.
xia.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında keçmiş məcburi köçkün Əbülfət Süleymanov deyib.
O bildirib ki, 32 yaşında məcburi tərk etdiyi Ağdama 66 yaşında yenidən qayıdır:
“Yoldaşım və övladlarımla Ağdamı tərk etmək məcburiyyətində qalmışdım. 6 nəfərlə gəlmişdik, 10 nəfərlə qayıdırıq. Allaha şükürlər olsun. Bundan sonra da öz el-obamızı birlikdə dirçəldəcəyik”.