Hakim Ziyeş "Qalatasaray"ı çətin vəziyyətə salıb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Hakim Ziyeş “Qalatasaray”ı çətin vəziyyətə salıb

“Əl-Fateh” klubu ilə razılaşan Hakim Ziyeş “Qalatasaray” rəsmilərindən geri qalan borclarını ödəmələrini tələb edib.

Xia.Az “SporX”ə istinadən xəbər verir ki, “Əl-Fateh” klubu ilə razılaşan Hakim Ziyeş “Qalatasaray” rəsmiləri ilə görüşərək mövsümün sonuna qədər almalı olduğu maaşı tələb edib.

“Qalatasaray” rəsmiləri futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam vermək üçün Hakim Zİyeşlə danışıqlara başlayıb.

Qeyd edək ki, Hakim Ziyeş bu mövsüm 11 oyunda meydana çıxıb, cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?