Ağırlıqqaldırma üzrə keçirilən Azərbaycan çempionatında 55 kq çəki dərəcəsində Selcan Qarayeva birdən qaldırma hərəkətində 58 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 73 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 131 kq nəticə ilə birinci olub. +87 kq çəki dərəcəsində Mələk Hüseynli isə birdən qaldırma hərəkətində 52 kq nəticə göstərib. Təkanla qaldırma hərəkətində 65 kq ağırlığın öhdəsindən gələn atlet toplamda 117 kq nəticə ilə birinci olub.
Qeyd edim ki,Mələk Hüseynli yeniyetmə olsada böyüklər arasında uğurlu nəticə göstərib.
Bizdə Xia.az adından İdmançılarımızı və məşqçi Vüsal Ağatevi təbrik edirik!