MPL: “Karvan-Yevlax” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək

IMG_9743

Bu gün Misli Premyer Liqasında XXIII tura start veriləcək.

xia.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Autsayder “Karvan-Yevlax” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək.

“Gənclik şəhəri” təmsilçisi hazırda 31 xalla altıncı, yeddi xala malik “Karvan-Yevlax” isə 12-cidir.

Misli Premyer Liqası

XXIII tur

7 mart

15:00 Karvan-Yevlax – Sumqayıt

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Zöhrab Abbasov.

Yevlax şəhər stadionu.