Tramp: “ABŞ İran üzərində sürətli qələbə qazanır, çox az raketləri qalıb”

mQvbTeTtbc3do9zbLDAjjRvoctVpFZbTkYryoxaw_1200

“ABŞ İran üzərində sürətli qələbə qazanır”.

xia.az xəbər verir ki, bu iddia ilə ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində çıxış edib.”Biz sürətlə və görünməmiş səviyyədə qalib gəlirik”, – deyə o bildirib.

Trampın sözlərinə görə, İranda demək olar ki, hər şey məhv edilib:”Raketlər darmadağın edildi, onlardan çox az qalıb. PUA-lar partladıldı, fabriklər hazırda partladılır. Hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri, hər bir hərbi element, o cümlədən onların rəhbərliyi də məhv edildi. Məhv edilməyən heç nə yoxdur”.