Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

KİV: İsfahanda nüvə obyektinə ABŞ və İsrailin zərbələri nəticəsində ciddi ziyan dəyib

Posted on 08 Mart 202608 Mart 2026 By admin

İranın İsfahan əyalətində yerləşən nüvə obyektinə ABŞ və İsrailin zərbələri nəticəsində ciddi ziyan dəyib.

xia.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, mərkəz martın 7-də raket atəşinə tutulub və nəticədə obyekt “ciddi zədələr” alıb. Bununla belə, hazırda radiasiya çirklənməsi barədə məlumat verilməyib.

İsrail və ABŞ hesab edir ki, İranın nüvə yanacağının böyük hissəsi İsfahanda yeraltı tunellərdə saxlanılır, qalan ehtiyatlar isə Fordo və Natanzdakı bunkerlər arasında bölüşdürülüb. Münaqişənin ilk günlərində ABŞ və İsrail İsfahan və Fordodakı yeraltı tunellərin girişlərinə yenidən zərbələr endirərək onları bağlamağa və orada saxlanılan materialların çıxarılmasının qarşısını almağa çalışıblar.

Dünya

Yazı naviqasiyası

Previous Post: Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Next Post: “İranda ABŞ-nin razılığı olmadan seçilən yeni lider uzun müddət hakimiyyətdə qala bilməz”- Donald Tramp
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme