Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ərəb Dövlətləri Liqası İranın hücumuna məruz qalan ölkələrin özünümüdafiə hüququnu təsdiqlədi

Posted on 08 Mart 202608 Mart 2026 By admin

Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələrin xarici işlər nazirləri fövqəladə iclasın yekununda İranın hücumlarına məruz qalan ərəb ölkələrinin qanuni özünümüdafiə hüququnu təsdiqləyiblər.

xia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə qəbul edilən bəyanatda bildirilib.

“ƏDL hücuma məruz qalmış ərəb dövlətlərinin təhlükəsizliyini və sabitliyini qorumaq, həmçinin ərazilərini istənilən təcavüzdən müdafiə etmək üçün gördüyü bütün addım və tədbirləri dəstəklədiyini təsdiqləyir”, – deyə sənəddə vurğulanır.

Bundan əlavə, nazirlər ərəb ölkələrinin beynəlxalq qurumlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyasına müraciət etmək hüququna “tam dəstək” ifadə ediblər.

Bəyanatda qeyd olunur ki, İranın hərəkətləri mülki əhalinin həyatını təhlükə altına qoyub və insan tələfatına, həmçinin maddi ziyana səbəb olub ki, bu da beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hesab olunur.

Dünya

Yazı naviqasiyası

Previous Post: Səudiyyə Ərəbistanında mərminin yaşayış binasına düşməsi nəticəsində ölən və yaralananlar var
Next Post: Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme