Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var

s0QgyrbXnWqzjG1c3b0h6B1qJ6jeT9a7POCOY5xk_1200

Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı.

Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.