Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən illə müqayisədə 9,7 faiz artıb
2026-cı ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9.7 faiz artıb.
xia.az xəbər verir ki, bu, Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, bu ilin yanvarında qeyd edilən göstərici 739.7 milyon manat olub.
Vurğulanıb ki, hüquqi şəxslər tərəfindən əhaliyə 636.5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 86.1 faizini təşkil edib.