Zelenski və Ərdoğan İrandakı vəziyyətlə bağla telefon danışığı edib

IMG_0003

Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

xia.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, türkiyəli həmkarı ilə İran ətrafındakı vəziyyəti, eləcə də Ukraynanın hava hücumundan müdafiə (HHM) sisteminə və enerji sektoruna dəstək məsələlərini müzakirə edib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran ətrafındakı vəziyyəti müzakirə etdik. Biz müharibənin genişlənməsinə yol verməmək və həyatları qorumaq üçün təcrübəmizi bölüşməyə hazırıq, lakin eyni zamanda Ukraynanın öz HHM sistemini gücləndirməyə ehtiyacı var və tərəfdaşlarımızdan müvafiq dəstək gözləyirik”.

Zelenskinin sözlərinə görə, R.T.Ərdoğan Türkiyənin üçtərəfli formatda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.