Musa Ağayev erməni rəqibini məğlub etdi
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
xia.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyanı məğlub edərək bürünc medal uğrunda görüşə haqq qazanıb.
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
xia.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan ilk medalını qazanıb.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.