Süpürgəçini maşın vurub öldürdü
Bakıda süpürgəçini maşın vurub.
Xia.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində baş verib.
Hadisə zamanı maşın yolu təmizləyən 40 yaşlı Samirə Əyyub qızı Məsimovanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.