60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istədi, həbs olundu

cKs5HTzHLLkEaLULxlJZcyMy4Za1GIosl9g76gLC_1200

Samux rayonunda sərxoş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon məşğulluq idarəsini gülləyə tutmaqla hədeledi

Xia.az-ın məlumatına görə, rayonun Əhmədbəyli kənd sakini, 1966-cı il təvəllüdlü Ənvər Ağayev (adı və soyadı şərtidir) Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq, rayon məşğulluq idarəsini gülləyə tutacağını bildirib. Spirtli içkinin təsiri altında olan şəxs bu məqsədlə odlu silah aldığını da qeyd edib.

Polis əməkdaşları şəxsin yaşadığı ünvana gələrək, onu sakitləşdirmək istəsələr də, həmin şəxs polisə tabe olmadan hərəkətlərinə davam edib.

Polis əməkdaşları Ənvər Ağayevi saxlayaraq barəsində protokol tərtib ediblər və iş məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağayev səkkiz sutka həbs edilib.